İş adamından İlham Əliyevə növbəti müraciət

İş adamı, Qazax rayonu, Aşağı Əskipara kənd sakini Elşad Məmmədov üzləşdiyi özbaşınalıqla bağlı ölkə başçısı İlham Əliyevə növbəti dəfə müraciət edib. 

Qeyd edək ki, Elşad Məmmədovun 366 min manatını “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmliyə məxsus “Həsən-96” MTK tərəfindən fırıldaq yolu ilə ələ keçirilib və qaytarılmır. 

Elşad Məmmədov yazır: “Bu dəfə ki, müraciətimdə Baş Prokurorluqda yığılıb qalmış şikayətlərimin Milli Təhlükəsizlik Nazirliyinə verilməsini xahiş edirəm. Baş Prokurorluqda şikayətlərimin yoxlanmasını baş prokuror Zakir Qaralovdan qəbulunda olub xahiş etsəm də, bu günə kimi heç bir müsbət cavab almamışam. 2012-ci ilin may ayından sizə və baş prokurora müraciət edirəm ki, tədbir görülsün, mənim pulumu mənimsəmiş Hacı İbrahim Nehrəmli barəsində cinayət işi qaldırılmayıb. Bu günə kimi mənim vəkilimin müraciətlərinə də cavab verilməyib. Bu hərəkətlər qnunvericiliyin tələblərinə üyğun olaraq cinayət tərkibi yaradır. Söhbət korrupsiyadan gedir. Bu gün konstitutsion hüquqlarımın pozulması bir daha sübut edir ki, Baş Prokurorluq Hacı İbrahim Nehrəmli asılı vəziyyətdə qalıb, ya da sadəcə qanuna müvafiq olaraq təxirəsalınmaz tədbirlər görməkdən yayınır. Hətta iş o yerə gəlib-çıxıb ki, mən ailəmin və özümün təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.