Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasiminə dəvət göndərilən ölkələr sırasında Rusiya yer almayıb. Musavat.com-un gürcü mənbəyinə istinadən verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Maya Pancikidze açıqlama verib.
Nazir dəvətnamənin Avropa Birliyi, NATO və “Şərq tərəfdaşlığı”na üzv ölkələrə və bu qurumlara daxil olmayan, lakin Tiflisdə səfirlikləri olan dövlətlərə göndərildiyini söyləyib. “Rusiya bu ölkələr sırasında yer almır”, – deyə o bildirib.
Qeyd edək ki, inauqurasiya mərasimi noyabrın 17-də, Tiflisdə parlament binası önündə və təmtəraqsız keçiriləcək.


