Rektor Həccə gedən professoru işdən çıxardı

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev bu ali təhsil ocağının kafedra müdiri, professor Ramiz Qurbanovu işdən çıxarıb. Səbəb isə nə qədər qəribə görünsə də, R.Qurbanovun Həcc ziyarətinə getməsi olub.
Bu barədə məlumatı deputat Fazil Mustafa facebook səhifəsində paylaşıb.
Deputatın yazdığına görə, uzun illərdir ADNA-da kafedra müdiri işləyən AMEA-nın müxbir üzvü Siyavuş Qarayevə məktubla müraciət edib ki, Həcc ziyarətinə gedə bilməsi üçün ona 10 günlük öz hesabına məzuniyyət versin. Rektor da təqribən bildirib ki, nə Allahı, nə Quranı, nə də Həcci ciddiyə alır, buna görə də professora razılıq vermir. Bundan sonra professor Qurbanov Həcc ziyarətini yerinə yetirə bilməsi üçün rektordan onu vəzifədən azad etməyi istəyir. Rektor Qarayev bu dəfə kafedra müdirinin müraciətinə müsbət cavab verib – onun işdən azad olunması barədə əmr imzalayıb.