
Azərbaycanlı şəxslər Moskvada adam oğurluğu ilə məşğul olan etnik qruplaşmanın üzvləri olub
Moskvada Azərbaycanlı sahibkarı oğurladıqdan sonra, 3 milyon rubl tələb etməkdə şübhəli bilinən üç azərbaycanlı həbs edilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılan 3 nəfər azərbaycanlı şəxs, Moskvada adam oğurluğu ilə məşğul olan etnik qruplaşmanın üzvləri olub.
Hadisə oktyabrın 21-də baş verib. Cinayətkarlar Azərbaycan vətəndaşı olan sahibkara hücum ediblər. Tapança ilə onu hədələyərək maşına oturdublar və Kuzminski meşə-parkına aparıblar. Orada ona naməlum adamların iş adamının qətlini sifariş etdiklərini söyləyiblər və 3 milyon rubl tələb ediblər.
Tələb olunan məbləği tapmaq üçün azad edilən zərərçəkən azərbaycanlı sahibkar Rusiyanın Daxili İşlər Nazirliyinə müraciət edib.
Qeyd edək ki, hadisə oktyabrın 21-də qeydə alınıb.


