“Media forum”un redaksiyası işıqsız qalıb

Hörmətli oxucular! Oktyabrın 30-u saat 10-dan “Media forum” saytının redaksiyasının işığı kəsilib. Bu səbəbdən redaksiyanın fəaliyyəti dayanıb. Əməkdaşlar material hazırlaya bilmir, hazır materialların saytda yerləşdirilməsində də problemlər yaranıb.

Cavabdeh qurumlar işığın kəsilməsini profilaktik tədbirlərlə əlaqələndirirlər. Hazırda redaksiya elektrik enerjisinin verilməsinin bərpa olunmasını gözləmək məcburiyyətindədir.