Azərbaycan təhsilində tragikomediya

Müəlliməyə dərs keçmək əvəzinə xadiməlik təklif olundu

AXCP Ali Məclisinin sədri Həsən Kərimovun yoldaşı Almaz Rəhimova çalışdığı məktəbədə ağılasığmaz təkliflə qarşılaşıb. Bu barədə Almaz Rəhimova özü məlumat verib. Almaz Rəhimova 1977-ci ildən orta məktəblərdə dil-ədəbiyyat fənnini tədris edir. 1989-cu ildən isə Suraxanı rayonudakı 285 saylı məktəbdə işləyir. O, bildirir ki, siyasi mülahizələr ucbatından illərdir ona normal dərs yükü vermirlər. Bu il isə vəziyyəti lap ağırlaşdırıblar. Direktor Malik Qurbanov ona 8 saat dərs verdikdən sonra “bu gün-sabah düzələcək” vədi verir. Ötən gün isə bu vədi o analoqsuz formada reallaşdırmaq istəyib: “Direktor mənə dedi ki, dərs düzəlmir gəl sənə yarımştat başqa bir iş də verim. Soruşdum nə iş? Dedi, xadimə. Bu qanunsuz əməl idi, o bilirdi ki, mən belə saxtakarlığa getmərəm. Amma işin daha çox mənəvi tərəfi məni narahat edir. Belə bir təklif müəllimi təhqir etməkdir”.

Təhsil Naziri Mikayıl Cabbarov Azərbaycan hökumətinin ən yenilikçi və qərb standartlarına uyğun kadrı kimi təqdim olunur. Görünən isə odur ki, Cabbarov və onun komandası müəllimi xadimə kimi işlədəcək qədər inkişaf ediblər.

Siyavuş