Avropa Birliyi Belarusa qarşı sanksiyaları 1 il uzatdı

Avropa Birliyi Belarusa qarşı sanksiyaları daha 12 ay uzadıb.Birliyin yaydığı bəyanatda ölkədə siyasi motivli  həbslər və insan haqlarının pozulmaqda  davam eləməsi, demokratiya və məhkəmə sistemi sahəsində islahat aparılmaması pislənilir.

Rəsmi Minskin noyabrın sonunda Avropa Birliyinin Vilnüsdə keçiriləcək sammitinə nümayəndə heyəti göndərəcəyi gözlənilir.Bu sammitdə 6 keçmiş Sovet respublikasının Avropa Birliyinə yaxınlaşması məsələsi müzakirə olunacaq.Belarus Avropa Şərq Tərəfdaçlığı proqramının iştirakçılarından biridir.

Qeyd edək ki, Avropa Birliyi 2010-cu ilin prezident seçkisindən sonra bir sıra Belarus məmurlarının Avropa Birliyi ölkələrinə girişini qadağan edib.