Moskvada hərbi helikopter qəzaya uğrayıb VİDEO

Katapult edən pilotlar xəstəxanaya yerləşdirilib

Moskvada hərbi helikopter qəzaya uğrayıb. Şahidlər yanan helikopterin yaşayış evlərinin üzərindən uçaraq meşəyə düşdüyünü xəbər veriblər. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, K-32 helikopterinin içərisində iki pilot olub. Pilotlar katapult ediblər. Hazırda hər iki pilot xəstəxanaya yerləşdirilib. 

Hadisənin baş verdiyi Julobino rayonuna polis qüvvələri cəlb edilib. Helikopterin təlim helikopteri olduğu bildirilir. Hadisənin texniki nasazlıqdan baş verdiyi ehtimal olunur. 

Helikopterin düşdüyü terdə yanğın baş verib. Rayon sakinlərinin verdiyi məlumata görə, bütün rayonu yanğnın kimyəvi qoxusu bürüyüb. Yanğın 20 kv metr ərazini əhatə edir.  (anspress.com)