“Sərhədsiz Reportyorlar” Hilal Məmmədova azadlıq tələb edir

“Sərhədsiz Reportyorlar” təşkilatı Hilal Məmmədovun 5 il azadlıqdan məhrum edilməsi barədə hökmü pisləyir. “Bu sarsıdıcı qərar Hilal Məmmədovun həbsdə olduğu bir il ərzində nələr yaşadığını göstərir”, – təşkilatın bəyanatında deyilir.

“Təzyiqlər, prosessual pountular, müdafiə hüququnun pozulması, saxlanma şəraitinin pis olması prosesin siyasi xarakter daşıdığını və tənqidə görə qisasdan ibarət olduğunu göstərir. Əgər Azərbaycanda ”ədalət” sözünün anlamı varsa, o zaman apelyasiya instansiyası Hilal Məmmədovun barəsindəki hökmü ləğv etməli və o azad edilməlidir”, – sənəddə qeyd olunur. Bəyanatda həmçinin qeyd olunur ki, sentyabrın 11-də Ali Məhkəmə “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının barəsində hökmü qüvvədə saxlayıb. Sentyabrın 17-də isə jurnalist Pərviz Həşimli həbs olunub O, Irandan silah qaçaqmalçılığında ittiham olunur. Onu 8 ilədək həbs cəzası gözləyir(Turan).