Sergey Lavrov: «Suriya BMT-nin şərtlərini yerinə yetirməsə, yeni qətnamə qəbul olunmalıdır»
BMT Təhlükəsizlik Şurası Suriyadakı kimyəvi silahın məhv edilməsinə dair qətnaməÿqəbul edib. “Interfaks”ın məlumatına görə, qərar yekdillikdə qəbul olunub. Toplantıda Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirak etdiyi bildirilir. Qətnamədə qeyd olunur ki, onun icra edilmədiyi təqdirdə, o cümlədən kimyəvi silahların qanunsuz ötürülməsi və istənilən qüvvə tərəfindən Suriyada istifadə edildiyi halda, BMT nizamnaməsinin 7-ci maddəsinə uyğun tədbirlər görüləcək. Bu tədbirlər hərbi əməliyyatları istisna etmir.ÿ
“Suriya BMT Təhlükəsizlik Şurasının şərtlərini yerinə yetirməsə, yeni qətnamənin qəbul olunması zərurəti yaranacaq”. Bunu Rusiyanın “Birinci Kanalı”na Suriya ilə bağlı qətnamənin qəbulundan sonra müsahibə verən Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib. Silahlı müdaxiləni nəzərdə tutan BMT Nizamnaməsinin 7 maddəsi üzrə addımların atılmasının mümkünlüyünü şərh edən S.Lavrov bildirib ki, bu məsələ gələcəyə saxlanılıb və yeni qətnamənin qəbulunu tələb edəcək: “BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi silahların məhv edilməsi ilə bağlı qəbul olunan qətnaməsi bu ölkəyə qarşı silahlı müdaxiləni nəzərdə tutmur, əksinə bunu istisna edir. Qətnamədə deyilir ki, Suriyada hər hansı tərəf müfəttişlərin işinə mane olsa və ya ölkədə kimyəvi silahdan istifadə olunsa, bu faktlar barədə dərhal Təhlükəsizlik Şurasına məruzə olunacaq. Hansı tərəfin düzgün addım atmadığına dair faktlar təsdiqlənsə, o zaman 7-ci maddənin tətbiqi məsələsi gündəmə gələ bilər”.ÿS. Lavrov həmçinin vurğulayıb ki, BMT üzvləri, xüsusi ilə Suriyanın qonşuları Suriya hökumətinə qarşı döyüşən müxalifətin kimyəvi silahla təchiz edilməsi üçün ərazilərindən istifadə olunmasına imkan verməməlidirlər.
Azərbaycanın XIN rəhbəri Elmar Məmmədyarov bildirib ki, rəsmi Bakı bu qətnamənin qəbul olunmasını müsbət qarşılayır. Azərbaycan tərəfi ümid edir ki, BMT TŞ-də nümayiş etdirilən bu yekdil və qəti mövqe Suriya münaqişəsində siyasi həllin tapılmasına, Suriya xalqının üzərinə düşən əzab-əziyyətlərə son qoyulmasına və tərəflərin beynəlxalq hüquqa uyğun olaraq öz öhdəliklərini yerinə yetirməsinin təmin olunmasına töhfəsini verəcək(APA).