Alman mediası necə çalışır?

Azərbaycanlı jurnalistlərin bu ölkədə keçdiyi təcrübə mübadiləsindən qeydlər

Azərbaycandan bir qrup jurnalist Fridrix nauman Fondunun xətti ilə Almaniyada səfərdədir. Məqsəd Alman mediasının təcrübəsilə tanışlıqdır.
Nümayəndə heyətinin tərkibində olan “Azadlıq” qəzetinin redaktoru Aytən Məmmədova məlumat verir ki, səfərin ikinci günü Almaniya mətbuatı ilə tanışlıq xarakterli seminarda iştirak ediblər. Seminarın aparıcısı uzun illər jurnalist işləmiş, hazırda siyasətçilərə treninq keçən “GLC Glücklsburg Consulting AG” təşkilatının məsləhətçisi Yoahim Qutmann olub.
Qutmann deyib ki, Alman media spektrindən danışanda, ölkənin 100-120 illik tarixinə baxıb öyrənmək lazımdır. Bu dövrdə  – 1-ci dünya müharibəsi, Veymar repsublaikası, nasional-sosialistlər dövrü və “soyuq müharibə” zamanı alman mətbuatı çox böyük yol geçib.
Ekspert məlumat verib ki, Almaniyada mətbuatının və jurnalistlərin azadlığlı konstitusiyanın 5-ci maddəsində təsbit olunub. Senzura yoxdur. Hazırda 330 regional, 10 federal, 10 bulvar qəzeti nəşr olunur. Ümumi tiraj 24 milyondur. Reytinqdə “Tayqer Şpigel” üstündür. Satış baxımdan “Bild” birincidir – onun tirajı 4 milyondur. Amma o, hər gün 10 milyona yaxın oxunur.
Ümumiyyətlə, Almaniyada regional media çox güclü inkişaf edib. Bu da ölkənin federativ quruluşundan irəli gəlir. Yəni Böyük Britaniya və Fransadan fərqli olaraq, burada qəzetlər paytaxtdan daha çox regioanlarda nəşr olunub yayılır. Məsələn, Hamburqun mərkəzi köşkündə gün ərzində 8 min qəzet-jurnal sdatışa çıxarılır.
Almaniyada hər 3 vətəndaşdan biri qəzet oxuyur. Yaşlılarla müqayisədə qəzet oxuyan cavanların faiz göstəricisi aşağıdır  – 52 faiz. Bu da internet və sosial media ilə bağlıdır. Amaniyada qəzeetlər partiyaya və şəxslərə məxsus deyil. Almaniyada bazarın 55 faizinə 5 nəşriyyat nəzarət edir.
İsveç, Niderland, Böyük Britaniya və Fransadan fərqli olaraq, Almaniyada pulsuz qəzet yoxdur.
Almaniyada siyasi reklam heç bir əhəmiyyət daşımır. Qəzetlərin 25 faizi köşklərdən, 25 faizi abunədən, 50 faizi isə reklamdan gəlir götürür. 2008-2009-cu illərin maliyyə böharanı qəzetlər üçün ağır olub. Satış və reklam bazarında tənəzzül yaşanıb. Almaniyada bank qəzetlərə kredit vermir və heç bir qəzet dövlətdən dotasiya almır. Hər bir qəzetin özünün nəşriyyatı var və satışı da özü təşkil edir. Reklamı nəşriyyat alır və öz qəzetinə təqdim edir.
Televizya və radiolar federativ və regional xarakter daşıyır. Hər bir regionun televiziya və radiosu həmin bölgənin ənənələrini özündə qoruyur. Onlar mərkəzdən asılı deyillər, müstəqildirlər. Bu kanallar ailələrin verdiyi vergilər və reklamlarla dolanır. Özəl kanallara isə ödəmə yoxdur. Ümmiyyətlə, Almaniyada pullu kanallar kiçik rol oynayır. Hər bir alman ailəsi 40 kanala baxmaq imkanındadır. TV kanalların müxtəlif fikirləri çatdırması vacibdir. Burada, bütün kanallar bir əldə cəmlənə bilməz (məsələn, İtaliyada bütün kanalların Berluskoniyə bağlı olması kimi). Almaniyada heç bir partiyanın ayrıca kanalı yoxdur. Siyasi təbliğat yalnız seçkilər dövründə olur. Idman kanalları isə pulludur. Bütün kanalların internet səhifəsi var. Hər bir vətəndaş ordan bu kanalı izləyə bilər.
Qutmann məlumat verib ki, Almaniyada əsas infirmasiya agentliyi DPA-dır. Əvvvəllər bütün kanalların özlərinin bölgələrdə müxbirləri olub. Amma internetin və social medianın inkişafından sonra bölgə müxbirləri saxlamağa ehtiyac aradan qalxıb.
Almaniyada hər bir yaxşı jurnalistin bütün dövlət orqanlarında öz informatorları var. Onlar bu informatorun kimliyini heç öz redaktorlarına da aça bilməzlər. Başqa sözlə, informatorlar özlərini tam təhlükəsiz hiss edə bilirlər. Qutmann deyib ki, məsələn, Snouden Almaniyda olsaydı, hərtərəfli müdafiə ediləcəkdi.
Yəqin ki, Azərbaycan oxucuları və media mənsubları üçün Almaniyada jurnalistlərin nə qədər əmək haqqı aldığı da maraqlı olar. Qutmann məlumat verib ki, ölkəsində jurnalistlərin əmək haqqları redaksiyaların daxili tarif qiymətləri ilə müəyyən olunur. Məsələn, təcrübəyə gələn jurnalistlər 1500-2000 avro, redaktorlar 2000-2300 avro arasında məvacib alır. Baş redkatorlar isə 8000 avrodan çox pul alırlar.
Qqutmann hazırda Almaniyanın seçki dövrünü yaşadığını xatırladaraq, medianın bu prosesdə iştirakından da danışıb. Bildirib ki, seçkiləri reklam etmək bütün radio və televiziyaların borcudur. Bu reklamlar pulsuz olur. Qəzetlər isə şərtlər daxilində seçkiləri reklam edir. TV-lərdə seçkilərlə bağlı tok şoular keçirilir. Bir sözlə, siyasi təbliğat yalnız seçkilər dövründə aparılır.