Rəsul Quliyev haqqında yazılanları təkzib etdi

Eks-spiker Rəsul Quliyev “Azadlıq” radiosuna açıqlamasında Rusiyanın ABŞ-dakı səfiri ilə görüşməsi və Rusiyanın xarici işlər nazirinə məktub yazması barədə yayılan məlumatları təkzib edib. O, yazılanları özünə qarşı təxribat adlandırıb: «Bu barədə haqqımda yazan Ukrayna mediası ilə bağlı araşdırma aparacam. Belə bir məlumat yaymaları təsdiqlənsə, bu ölkənin məhkəmələrinə müraciət edəcəm».

Avqustun 10-da Azərbaycanın bəzi informasiya portallarında “Azadlıq” radiosuna istinadən Rəsul Quliyevin Rusiyadan siyasi dəstək istəməsi barədə məlumatlar yayılıb. Hərçənd, “Azadlıq” radiosu Rəsul Quliyevin görüşləri ilə bağlı bu günlər hər hansı xəbər yaymayıb.