Teleqraf.az saytının baş redaktoru, tanınmış jurnalist Nicat Dağlar səhhətində yaranan ciddi problemlərlə əlaqədar getdiyi Almaniyadan geri qayıdıb. Modern.az-ın məlumatına görə, N.Dağları Heydәr Әliyev beynәlxalq hava limanında jurnalist həmkarları qarşılayıblar. Özünü yaxşı hiss elədiyini deyən jurnalist bildirib ki, oktyabr ayınadək müalicəsini Azərbaycanda davam etdirəcək, sonra yenidən Almaniyaya gedəcək.
Qeyd edək ki, leykoz xəstəliyinə tutulmuş jurnalist Nicat Dağlar iyulun 26-da Almaniyaya yola düşmüşdü. Frankfurt şəhərində müalicə olunacaq jurnalistin bütün xərclərini ölkə başçısının göstərişi ilə dövlət öz üzərinə götürüb.


