![]()
İçərişəhər “Cümə” məscidinin dini icması hər il olduğu kimi, bu il də mübarək Ramazan ayının yekunu olan Fitr bayramını geniş tərkibdə qeyd edib. Cəmlə bayram namazının qılınmasından öncə «Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə» zikrləri möhtəşəm bir şəkildə oxunub.
Daha sonra İçərişəhər “Cümə” məscidi dini icmasının imam-camaatı Hacı İlqar İbrahimoğlunun imam-camaatlığı ilə bayram namazı qılınıb. Namazın əzəmətli bir şəkildə qılınmasından sonra Hacı İlqar İbrahimoğlu bir sıra dualar edib, vətənimizin, xalqımızın firavanlığını, Qarabağ və Qüds başda olmaqla bütün müsəlman torpaqlarının azad olmasını, bu ayda bütün müsəlmanların etdiyi ibadətlərin qəbul olmasını, günahlarının bağışlanmasını Allahdan diləyib.
Bayram mərasimi “Əhli-beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun bir-birindən gözəl ilahiləri ifa etməsilə davam edib.
Sonda tədbir Zəmanə İmamının (ə.f.) “Fərəc” duasının oxunmasıyla tədbir başa çatmışdır.






