Moskvada həbs edilmiş Naxçıvan MTN-in ştatdankənar işçisi İbrahim Musayev sərbəst buraxılıb. O, Azərbaycandan qaçıb və sonradan Moskvada Miqrasiya Xidməti tərəfindən həbs olunmuşdu.
Vəkili Əsabəli Mustafayev “Turan”a bildirib ki, hazırda Musatevin gələcək müdafiəsilə bağlı məsələ həll edilir, belə ki, Azərbaycan hakimiyyəti onun verilməsini tələb edir.
Xatırladaq ki, bir neçə ay öncə İ.Musayev bir sıra sensasion ifşaedici xəbərlərlə çıxış edərək bildirib ki, ona vətəndaşların etimadını qazanaraq müxalifət jurnalistlərini, onların ailə üzvlərini, həmçinin Naxçıvanda qanunsuzluqdan şikayət edənləri ləkələmək tapşırılıb.
İ.Musayev bildirib ki, bu göstərişlər Naxçıvan MTN rəhbərliyindən daxil olub. Bu cür çirkin və kriminal tapşırıqları yerinə yetirməkdən imtina edən İ.Musayev öz həyat yoldaşı ilə Moskvaya qaçaraq orada gizlənib.
Xatırladaq ki, MTN-in qurbanları arasında dindirmə zamanı işğəncədən ölən Turac Zeynalovun ailə üzvləri və bir neçə müxalifət jurnalisti var.
Öz növbəsində Naxçıvan MTN İ.Musayevin söylədiklərini absurd adlandıraraq onu dələduzluqda ittiham edib.


