
Kreml ABŞ prezidenti Barak Obamanın Moskvaya sentyabrın əvvəllərində nəzərdə tutulan səfərini təxirə salmasından təəssüflənir, amma buna baxmayaraq onu qəbul etməyə hazırdır. Bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib. O qeyd edib ki, vəziyyət ABŞ-ın Rusiya ilə bərabər əsasda münasibətlər qurmağa hazır olmadığını göstərir.
ABŞ milli təhlükəsizlik müşavirinin müavini Ben Rodes budan əvvəl Obamanın böyük 20-lər ölkələrinin Rusiyada keçiriləcək sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşmək fikrində olmadığını bəyan edib. O qeyd edib ki, Rusiyanın ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verməsi ikitərəfli münasibətlərə əlavə gərginlik gətirib. Rods qeyd edib ki, prezident və oun milli təhlükəsizlik komandası yektilliklə belə fikirə gəlib ki, indiki şəraitdə belə bir görüşün keçirilməsi mənasızdır.
Amma Obama bundan əvvəl NBC televiziyasına müsahibəsində sammitdə iştirak edəcəyini təsdiqləyib. Böyük 20-lər ölkələrinin sammiti sentyabrın əvvəllərində Sankt-Peterburqda keçiriləcək. Edvar Snoudenə siyasi sığınacaq verilməsinə gəldikdə isə Obama bundan məyus olduğunu bildirib.
ABŞ Edvard Snoudeni casusluqda ittiham edir. O bu yaxınlarda ABŞ-da məxfi telefon və internet müşahidə sistemi olması barədə məlumat yayıb. Vaşinqton onun verilməsini tələb edir.


