Suriyada 450 kürd edam edilib

“Cəbhət ən-Nüsrə” və “Iraq və Levantedə Islam Dövləti” ekstremist qruplaşmaların üzvü olan silahlılar Suriyanın şimalında növbəti kütləvi qətliam törədiblər. Silahlılar Türkiyə ilə sərhəddə yerləşən Tel Əbyad şəhərində girov götürdükləri 450 kürd mənşəli sakini edam ediblər (120 uşaq, 330 qadın və qoca).

“Əl Aləm” Iran telekanalı bundan bir müddət əvvəl 300-dən çox sakinin radikal islamçılar tərəfindən girov götürüldüyü barədə xəbər verib. Girov götürülən şəxslərin hamısının əvvəllər Azad Suriya Ordusuna tərkibində olan “kürd briqadası”nın döyüşçülərinin ailə üzvləri olduğu bildirilir. Lakin kürdlərin kompakt yaşadıqları Əl Hasika və Rakka əyalətlərində islamçılarla silahlı münaqişə başlandıqdan sonra onlar kürd özünümüdafiə dəstələrinin tərəfinə keçib. Hökumət və müxalifət KIV-ləri hələlik qətliam barədə xəbəri təsdiqləməyiblər. Deyilənlərə görə, girovları edam etməklə “Əl Qaidə” silahlıları “ son həftələr ərzində yaşanan məğlubiyyətlərə görə” kürdlərdən qisas alıb.