AXCP Gənclər Komitəsi Şirvan şəhərində də yarandı

AXCP Gənclər Komitəsi öz fəaliyyətində təşkilatlanmanı prioritet hesab edir və ölkənin əksər bölgəsində komitənin yerli şöbələri yaradılıb. Belə görüşlərdən biri də ötən gün Şirvan şəhərində baş tutub.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Şirvan gəncləri ilə görüşdə pariya üzvlərinə ölkədəki ictimai-siyasi vəziyyət haqqında məlumat verib, yeni üzvlərlə görüşüb və qarşıda görüləcək işlər haqqında müzakirələr aparılıb. AXCP Gənclər Komitəsinin Şirvan rayon şöbəsinin təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə sədr, müavinlər və katib seçilib.

Əbülfəz Qurbanlı qəzetimizə açıqlamasında bildirdi ki, Şirvan gəncləri yüksək əhval ruhiyyədə və mübarizə əzmindədilər: “Konfransa hazırlıq üzrə təşkilat komitəsi yaratdıq. Gənclərlə fərdi söhbətlərimiz oldu. Şirvan gəncləri də hakimiyyətin gənclərə qarşı repressiv siyasətini pisləyir, demokratik Azərbaycanda yaşamağı arzulayırlar. Bütün rayon görüşlərində olduğu kimi, Şirvan gəncləri ilə görüşdən də məmnun qayıdırıq. Bizim fəaliyyətimiz  qanunidir, haqlıdır və sona qədər bu fəaliyyəti davam edəcəyik”