Gülər Əhmədova azadlığa buraxalıcaq?

Iki gündən sonra sabiq deputat barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti başa çatır

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı “mandat alveri” videosuna görə həbs edilən sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbirinin vaxtı avqustun 8-də bitir.

Hələ bir müddət əvvəl məlumat yayılmışdı ki, sabiq deputat vəkillərinə avqustun 8-nə kimi danışmağı qadağan edib. Bu hakimiyyətlə Gülər Əhmədova arasında anlaşmanın olması ilə izah edilirdi. Bildirilirdi ki, sabiq deputata bu məsələnin gündəmdən düşməsi üçün danışmamaq təklif edilib. Əvəzində onun azadlığa buraxılacağı vəd edilib. Həmin məlumatlarda əlavə edilirdi ki, hakimiyyət verdiyi vədi yerinə yetirməcəyi təqdirdə Gülər Əhmədova sandığı açıb pambığı tökə bilər.