Abbas Abbasov Nazim İbrahimova cavab verdi

«Bu insanlar anlamırlar ki, öz məsuliyyətsiz hərəkətləri ilə millətlərarası münasibətlərə xələl gətirirlər»

“Barəmdə deyilənlər ağ yalandır və həmin fikirlərin müəlliflərinə tövsiyə edirəm ki, rəhmətlik Mircəlal Paşayevin ”Səviyyə” əsərini oxusunlar. Bu insanlar anlamırlar ki, öz məsuliyyəstiz hərəkətləri ilə millətlərarası münasibətlərə xələl gətirirlər.

Bunlar çox ciddi məsələlərdir və yalnız aidiyyatı olan orqanlar tərəfinldən müzakirə obyekti ola bilər. Mən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqalar Şurasinin sədri kimi gücümü, biliyimi, bu gündən sonra da Azərbaycan xalqına, dövlətinə və Rusiya – Azərabaycan xalqlararası münasibətlərin inkişafına və möhkəmlənməsinə sərf edəcəyəm”. Modern.az-ın sözlərinə görə bu sözləri “Milyarderlər Ittifaqı”nın sədri, baş nazirin sabiq müavini Abbas Abbasov bildirib.

Yada salaq ki, bir müddət öncə diasporla iş üzrə dövlət komitəsinin sədri Abbas Abbasovun qarşısında şərt irəli sürmüşdü. O, baş nazirin sabiq müavinin Ilham Əliyevə sadiq olduğunu nümayiş etdirmək üçün Söyün Sadıqovla münasibətərinə aydınlıq gətirməli olduğunu bildirmişdi.

“Azadlıq” isə yazmışdı ki, Nazim Ibrahimovun bu fikirləri səsləndirməsi təsadüfi deyil. Hakimiyyət Abbas Abbasovdan Milli Şuranın vahid namizədi Rüstəm Ibrahimbəyovun və Söyün Sadıqovun əleyhinə bəyanat səsləndirilməsini tələb edir. Baş nazirin sabiq müavini isə belə bir addım atmaq niyyətində olmadığını deyir. Nazim Ibrahimov da əslində hakimiyyətin şərtini dilə gətirmişdi.

Abbas Abbasovun bu fikirlərini Nazim Ibrahimova, ümumiyyətlə hakimiyyətə cavab saymaq olar. Baxmayaraq ki, bu fikirlər mətbuatda barəsində yazılanlara cavab kimi təqdim edilib. Görünür, baş nazirin sabiq müavini son dəfə hakimiyyətin diqqətinə çatdırmaq istəyir ki, hər hansı şərt qəbul etməyəcək.