Gülağa Aslanlı: «Normal seçki mühiti olsa, bu məbləğlə kampaniya aparmaq olar»
Həsən Kərimov: «Normal təbliğat kampaniyası aparmaq üçün 10 milyon yüksək məbləğ deyil»
“Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında” təlimat hazırlanıb.
Təlimatın müddəalarına əsasən, namizədlərin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz. Vətəndaşların könüllü surətdə köçürdüyü ianələr 3000 manatdan, hüquqi şəxslərin könüllü ianələri isə 50000 mantdan çox ola bilməz.
10 milyon manat hakimiyyətin namizədinin təbliğat kampaniyası üçün kifayət edə bilər, digər namizədlər üçün isə bunu demək çətindir.
Çünki, hakkimiyyət guya könüllülük əsasında müğənnilərin rayon konsertlərin təşkil edir, məhlələrdə, qəsəbələrdə yollar çəkir, abadlıq işləri aparır. Müxtəlif layihələri maliyyələşdirir, hansasa təbəqəyə mənzil, maşın bağışlayır və.s.
Və bütün bu təbliğat dövlət adına aparılır, prezidentin seçki fonduna daxil deyil. Yəni, hakimiyyət öz namizədinin təbliğatın dövlətin vəsaiti hesabına aparır, bütün imkanlardan istədiyi kimi istifadə edir.
Müxalifətin isə, belə bir imkanı yoxdur.
Nəzərə alsaq ki, müxalifət düşərgəsinin vahid namizədinin təbliğat kampaniyasında, görüşlər keçirilməli, plakatlar hazırlanmalı, televiziya çıxışları olmalı, minlərlə məntəqədə fəaliyyət göstərəcək insanların maddi ehtiyacı ödənilməli, müxtəlif təbliğat formalarından istifadə edilməlidir, o zaman bu məbləğ cüzi görünür.
Istənilən kanalada namizədin 1 dəqiqəlik çıxışı 10000 manatlarla ölçülür. Bəzi, məlumatlara görə bu il telekanallar efir vaxtının qiymətin artıracaq və 1 dəqiqəlik efirin qiyməti 70 -80 min mantdan başlayacaq.
Digər tərəfdən Azərbaycanda bu məbləği əldə etmək müxalifət üçün real görünmür.
Bu kimi, halları da nəzərə alsaq 10 milyon seçki kampaniyası üçün yetərlidirmi?
Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, ölkədə normal seçki mühiti olsa, 10 milyon manatla müxalifət seçki təbliğatını apara bilər: “Müxalifətin 10 milyon manat əldə etməsi real görünmür. Bu pulu müxalifətə kim verəcək, bu pulu müxalifət hardan əldə edəcək? Azərbaycanda bütün iş adamlarının müxalifətlə əlaqəsi kəsilib, onlara məhdudiyyət yaradılıb. Kömək etmək istəyənlər də hakimiyyətin təzyiqindən çəkinirlər. Ancaq, ədalətli seçki keçirilsə, normal seçki mühiti yaradılsa, müxalifət 10 milyon manatla təbliğat aparar və qalib gələr”

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, normal seçki təbliğatı aparmaq üçün 10 milyon böyük pul deyil: “hər məntəqə üzrə plakatların çap edilməsi, təbliğat materiallarının alınması, hər məntəqəyə nəqliyyat ayırmaq, efir vaxtına sərf olunan yüksək məbləğ, səviyyəli mitinqlər keçirilməsi və.s indiki qiymətlərlə böyük vəsait tələb edir. 10 milyon manat əslində bu proses üçün yüksək məbləğ deyil. Ancaq, Azərbaycan müxalifətinin 10 milyonu əldə etməsi də xəyal kimi görsənir. Hakimiyyət isə, 10 milyonu təkcə bir dairə üçün xərcləyir. Hakimiyyət başa düşür ki, iş adamları, sahibkarlar bu rejimdən bezib. Ona görə ehtimal edir ki, birdən hansısa imkanlı iş adamları müxalifətə maliyyə yardımı göstərə bilər. Ona görə də təbliğat kompaniyası ilə bağlı maliyyə limiti qoyublar”
Ilham


