Gül İqdır komandanını Azərbaycana hərbi atteşe göndərdi

Türkiyənin Azərbaycandakı hərbi attaşesi dəyişib. “Defence.com”un məlumatına görə, Yüksək Hərbi Şuranın qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general-mayor Yücel Karauz Quru Qoşunları Komandanlığının Kırıkkalede sursat təchizatı komandanı təyin olunub.
Hərbi Şuranın qərarı ilə Azərbaycana hərbi attaşe olaraq Tekirdağda yerləşən 3-cü zirehli diviziya komandanlığından general-mayor Həsən Nevzat Taşdeler təyin edilib.
Qərar bu gün prezident Abdullah Gül tərəfindən imzalanaraq qüvvəyə minib.
Yeni hərbi attaşe ordu generalı Hüseyn Nüsrət Taşdelerin kiçik qardaşıdır. Ixtisasca artilleriyaçı olan general Həsən Nevzat Taşdeler əvvəllər İqdır 5-ci sərhəd alayının komandanı vəzifəsində çalışıb.

Hərbi Şuranın qərarı ilə Baş Qərargahın rəisi, ordu genalı Necdət Özəl öz postunda daha iki il qalacaq. Baş Qərargahın ikinci rəisi ordu generalı Hulusi Akar Quru Qoşunlarının, ordu admiralı Rəcəb Bülent Bostanoğlu Hərbi Dəniz Qüvvələri, ordu generalı Akın Öztürk Hərbi Hava Qüvvələri, Quru Qoşunları Təlim və Doktrina komandanı, ordu generalı Sərvət Yörük Jandarma Baş Komandanı, Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi, ordu generalı Yaşar Gülər Baş Qərargahın ikinci rəisi təyin olunublar.