
Avqustun 3-də İranın ali dini lideri Ali Xamenei ölkənin yeni seçilmiş prezidenti Həsən Ruhanini bu ölkənin prezidenti postuna təsdiqləyib. Bununla da yeni prezident vəzifəsinin icrasına başlayıb. Qapalı keçirilən tədbirdə sabiq prezident Mahmoud Ahmadinejad da iştirak edib. 2013-cü il iyunun 14-də keçirilən prezident seçkisində Hassan Rouhani səslərin 50.6 faizini toplayıb. O, İranda liberal siyasətçi kimi tanınır. Yeni prezidentin təntənəli andiçmə mərasimi avqustun 4-də keçiriləcək.


