ABŞ administrasiyası Rusiyanın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə müvəqqəti sığınacaq verilməsi qərarından çox məyus olduğunu bəyan edib.
Ağ Evin rəsmi nümayəndəsi Cey Karni vurğulayıb ki, Moskva vətənində məxfi məlumatları yaymaqda və dövlət əmlakının mənimsəməsində günahlandırılan qaçan casusa sığınacaq vermək niyyətində olduğunu əvvəlcədən ABŞ-ı xəbərdar etməyib.
Karni bildirib ki, son hadisələrin fonnda Barak Obama və Vladimir Putin arasında gələn aya planlaşdırılmış görüşü baş tutmaya bilər.


