Roma Papası İslam dünyasına müraciət etdi
Katoliklərin ruhani lideri Papa Fransesko, Ramazan ayının sonunun yaxınlaşması münasibəti ilə ilk dəfə İslam dünyasına müraciət edib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əvvəlki illərdə Dinlərarası dialoq üçün Papalıq Şurası tərəfindən hazırlanan müraciəti bu dəfə yeni papa hazırlayıb.
Papa Francesco, “Dünya Müsəlmanlarına” xitabı ilə başladığı müraciətində, Oruca, ibadətə, sədəqə vermək ayı olan Ramazan ayının sonlandığı, Id Al-Fitr (Ramazan Bayramı) münasibəti ilə müsəlmanlara salamını çatdırmaqda böyük məmnunluq duyduğunu deyib: “Bu il, vəzifəmin birinci ilində bu ənənəvi müraciəti şəxsən mən özüm imzalamaq istədim. Sevgili dostlarım, başqa dini liderlər kimi mən də bütün müsəlmanlara hörmət və dostluğumu bildirmək istəyirəm. Onu da bildirim ki, mən müsəlmanların dostuyam”.


