Bu barədə PKK liderinin qardaşı Mehmet Öcalan məlumat verib
Türkiyənin İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın sağlamlığı kəskin pisləşib. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə PKK liderinin qardaşı Mehmet Öcalan bildirib.
Urfada “Qolos Rossii” radiosunun müxbirinə müsahibə verən Mehmet Öcalan ailələrinin İmralıya müstəqil həkimlər göndərilməsini tələb etdiyini söyləyib. O, həbsxanada qardaşı ilə görüşündən danışıb: «Hər şeydən öncə mən qardaşımın sağalmılığı ilə maraqlandım. O isə vəziyyətinin yaxşı olmadığını söylədi. Son zamanlar onun gözlərində və gənziyində problemlər yaranıb. Bu simptomların kəskinləşməsi onu çox narahat edir. Buna görə də müstəqil həkimlər qrupu tələb edir»,- deyə Mehmet Öcalan vurğulayıb.


