Rusiya Snoudenə sığınacaq verdi

ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenə Rusiyada 1 illik siyasi sığınacaq verilib. Bu barədə ona hüquqi xidmət göstərən vəkil Anatoliy Kuçerena məlumat verib.O bu gün Snoudenə bunu təsdiqləyən rəsmi sənəd təqdim edib.

Snouden iyunun 23-dən Şerementiyeva hava limanındakı tranzit zonadaydı.O Moskvaya Honkonqdan gəlib. Artıq onun tranzit zonadan çıxdığı bildirilir. ABŞ onu casusliqda ittiham edir.

Snouden buy yaxınlarda ABŞ-da gizli internet  və telefon müşahidə sistemi olması barədə məlumat yayıb.Vaşinqton onun verilməsini tələb edir.