Baş redaktora xuliqanlıq ittihamı

Dünən həbs olunan jurnalist, “Nota Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyli Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə xuliqanlıq ittihamI elan olunub. Avropa.info-nun əldə etdiyi məlumata görə, Sərdar Əlibəyli həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai rayon Məhkəməsinə aparılır. Sərdar Əlibəyliyə qarşı vətəndaşa zor tətbiq etmə və bədən xəsarətləri yetirməklə bağlı ittiham irəli sürülüb.