AXCP Gənclər Komitəsi Abşeronda da təşkilatlandı

AXCP Gənclər Komitəsi bütün ölkə boyu təşkilatlanmaqda davam edir. Ötən həftə Cəlillabad və Ağcabədidə Təşkilat Komitəsi yaradıldıqdan sonra, növbəti təşkilat komitəsi Abşeronda yaradılıb. 

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Gənclər Komitəsinin koordinatoru Dadaş Sadiqlinin iştirakı ilə keçirilən görüşdə Abşeron Gənclər Komitəsinə sədr və müavinlər seçilib. Daha sonra partiya gənclərinə qarşıda duran işlər, seçkidə aktiv fəaliyyət, təşkilatlanmaqla bağlı göstərişlər verilib.

AXCP GK-nin koordinatoru Dadaş Sadiqli qəzetimizə açıqlamasında bildirdi ki, Abşeronda cəbhəçi gənclərlə görüş yüksək səviyyədə keçirilib və gənclərin mübarizə əzmi, dəyişikliyə inamı yüksəkdi: “Azərbaycanın əksər bölgələrində olduğu kimi Abşeronda da təşkilat komitəsi yaradıldı. Gənclərə müvafiq göstərişlər verildi. Abşeron gəncləri də ölkədəki mövcud duruma, gənclərin haqsız yerə həbs olunmasına etiraz edirlər. Və bu istiqamətdə AXCP-nin fəaliyyətin yüksək qiymətləndirirlər”.

Xatırladaq ki, artıq 20-dən yuxarı əyalət rayonunda və Bakının rayonlarında AXCP gənclər komitəsinin şöbələri fəaliyyət göstərir və cəbhəçi gənclər ümumrespublika qurultayına hazırlaşırlar.

Ilham Hüseyn