Coca-Cola 126 illik ənənəni pozdu

 

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola korporasiyası 126 illik ənənəsini pozub.

1887-ci ildən bəri istehsal etdiyi məhsullarda qırmızı rəngdən istifadə edən Coca-Cola Argentinada tərkibindəki kofein miqdarı azaldılmış, şəkərsiz Coca-Cola Life-ın satışlarına başlayıb.

 Yeni məhsul yaşıl qutu, butulka və qapaqla satışa çıxarılıb.

Bundan başqa, yeni içkinin şüşəsi bütünlüklə təkrar emal oluna bilir.

 Coca-Cola Life cəmi 108 kaloridir.

 Kolumbiyada isə butulkası buzdan olan Coca-Cola satışlarına başlanıb.

 Buz butulkanı tutanda barmaqlar donmasın deyə, onun ortasında qırmızı kauçuk “kəmər” var. İçki içiləndən sonra butulka əriyir, “kəmər”dən isə qolbaq kimi istifadə etmək olar.