Mayın 24-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə ilahiyyatçı Taleh Bağırovun həbs müddəti daha bir ay uzadılıb. Bu barədə “Yeni Müsavat”a ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.
Vakil bildirib ki, işi aparan müstəntiqin vəsatəti ilə Baş Prokurorun müavininin Taleh Bağırovun həbs müddətinin uzadılmasına Nərimanov rayon Məhkəməsində təqdimatla müraciətinə baxılıb və təmin olunub: “İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılaraq həbs müddətinin bir ay 30 iyun 2013-cü il tarixə kimi uzadılması barədə qərar qəbul edildi. Prosesdə iştirak edən Taleh Bağırov ittihamların əsassız və qondarma olduğunu və məhkəmənin formal xarakter daşıdığını bildirdi”.
Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov bu il martln 31-də Sabunçu polisi tərəfindən saxlanılıb. Aprelin 2-də Sabunçu məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçının işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır.
Tale Bağırovun həbs müddəti artırıldı
•


