Leyla Yunusa verilən ordenin tarixçəsi

Şərəf Legionu Kavaleri Ordeni nədir?

Mayın 22-də Sülh və Demokratiya Institunun rəhbəri Leyla Yunus Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunub. Fransa hökumətinin təqdim etdiyi bu orden yalnız “seçilmişlərə” verilir. Oxucularımıza bu ordenin tarixi barədə qısa məlumat vermək qərarına gəldik.
Inqilabdan sonra o zaman Birinci Konsul olan Napoleon Bonapart 10 illik siyasi qeyri-stabillikdən usanmış xalq üçün dəyişikliklər etməyə qərar verir. Mükafatlandırma sisteminin təşkil edilməsi bu proqramın bir hissəsinə çevrilir. Proqrama həm də Mülki Məcəllənin tərtibatı, inzibati və təhsil strukturunda islahatlar, Hesablama Palatasının yaradılması da daxil idi.
Şərəf legionu qanunvericilik orqanının 19 may 1802-ci il qanunu ilə yaradılır. Bu gün universal olmuş bu fərdi mükafatlandırma Napoleon Bonapart tərəfindən belə nəzərdə tutulur: “Elə bir orden yaratmaq lazımdır ki, ləyaqəti, şərəfi, qəhrəmanlığı təcəssüm etdirsin və bu elə bir mükafat olsun ki, eyni zamanda həm hərbi cəsarəti, həm də vətəndaş xidmətini mükafatlandırsın”.
Napoleon Böyük Imperiyanın qurulmasına töhvə vermiş marşalları və ordu rəhbərlərini təltif etməklə yanaşı, mülki şəxsləri də unutmadı və artıq 1803-cü ildə ilk mükafat alanlar var idi. Ikinci Imperiyaya qədər Fransanın apardığı kampaniyaların çoxsaylı olması süvari sıralarında hərbçilərin artımı (təqribən 75%) ilə müşayiət olunur, baxmayaraq ki, Orden tədricən cəmiyyətin digər təbəqələrinə də açılır. III Napoleonun dövründə, Şərəf Legionu daha miqyaslı mükafata çevrilir və ölkənin bütün fəaliyyət sahələri orada təmsil olunur (sənayenin inkişafı, sosial fəaliyyət). 1900-cu ildə, bu ordeni almış fransızların sayı 45.000-ə yaxındır. 1914-1918 müharibəsi bir çox cəsarət və qurban aktlarına səbəb olur və ölkənin ən böyük ordeninin verilməsinin meyarları genişlənir. Ölkənin iştirak etdiyi münaqişlərlə (Ikinci Dünya Müharibəsi, Hind-Çin və Əlcəzair) yanaşı Şərəf Legionuna sahib olanların da sayı artır, buna həm də vətəndaş cəmiyyətinin inkişafı təsir edir və bu sahədə də mükafatlandırılanların sayı artır. 1962-ci ildə Ordenin 320.000 üzvü olur.
Bu inflasiya davam etsəydi Şərəf Legionunun nüfuz və əhəmiyyətinə xələl gətirmək riskinə məruz qalardı, ona görə də General De Qoll milli mükafatlandırma sistemində böyük islahatlar keçirmək qərarına gəlir ki, onu ölkənin dəyişməsinə uyğunlaşdırsın. 1962-ci ildə Şərəf Legionunun kodeksi yaradılır və əvvəlki qanunvericilik mətnlərinin yaxşılaşdırılmış və müasirləşdirilmiş formasını təqdim edərək, mükafat almış həyatda olan şəxslərin maksimal sayını da təyin edir: 125.000 nəfər. Növbəti il o, Xidmətlər üçün Dövlət Ordenini təsis edir və bu mükafandırma anlayışında dərəcələri daha yaxşı müəyyən etməyə və nazirliklər səviyyəsində verilən ordenlərin əvəz edilməsinə imkan verir və sözügedən ordenlər həmin vaxt ləğv edilir. Bu gün Şərəf Legionu ilə təltif olunanların sayı 93.000-dir və bu rəqəm 10 ilə yaxındır ki, stabil qalır.
Şərəf Legionu ordeni fundamental Xartiya olan Kodeks ilə təyin edilir. 1962-ci ildə Şarl De Qollun təşəbbüsü ilə yaradılmış bu Kodeks əvvəlki qanunvericilik mətnlərini bir sənəddə birləşdirir və fəaliyyətin doktrinasını və ümumi prinsiplərini müəyyən edir. Ordenin başında Baş Rəhbər durur. Şərəf Legionu yaradıldığından etibarən, bu vəzifə Dövlət Başçısına aiddir və bütün prinsipial məsələlərdə son qərarı məhz o qəbul edir. Mükafata təyin edilmə, mükafatlandırma və sahələr fərmanlarını o imzalayır. O, Böyük Xaç Kavalerləri arasından 6 illik müddətə və təkrar təyinat imkanı ilə seçilmiş Baş Kansleri təyin edir. Bugünkü Baş Kansler – ordu mənzil qərargahının sabiq rəisi ordu generalı Corcölən, Şərəf Legionunun -ÿəsas sərəncamverənidir. O, baş katibin assistentliyi ilə Orden Şurasına sədrlik edir və Şərəf Legionunun böyük dəftərxanasını idarə edir. Dövlət qürumu olan bu müstəqil institut ictimai xidmətin üç fəaliyyətini özündə birləşdirir: Şərəf Legionu, hərbi medal və Xidmətlərə görə milli orden administrasiyasıÿ; Şərəf Legionunun Təhsil Evləri adlanan iki ictimai təhsil müəssisəsinə idarəçilik (kollec və lisey); Şərəf Legionu muzeyinə idarəçilik. Orden Şurasının 17 üzvü Baş Kanslerin təklifi ilə Baş Metr tərəfindən, təkrar olmaqla, dörd illik mandat üçün seçilir. Onlar ölkənin müxtəlif fəaliyyət sahələrini təmsil edir və Şərəf Legionu ilə təltif edilmiş şəxslər olur. Baş Kanslerin sədrliyi altında toplanan Orden Şurası mükafatlandırma təkliflərinin qəbul edilməsini, eləcə də şərəfi alçaldan hərəkət edən legionerlərə qarşı görüləcək nizam-intizam tədbirlərini müəyyən edir.
Şərəf Legionunun verilmə proseduru səlahiyyətlərin ayrılması prinsipinə əsasən həyata keçirilir. Əvvəlcədən müəyyən edilmiş kontingentə əsasən yalnız nazirlər mükafatlandırılma üçün namizədlər təklif edə bilərlər. Hər bir vətəndaş da, həmçinin, layiq bildiyi bir şəxsi Şərəf Legionuna təklif edə bilər. Vətəndaş təşəbbüsü adlanan bu prosedur dəqiq şərtlər əsasında edilir, xüsusilə də, eyni departamentdən olan 50 imzanın dəstəyi və dosyenin profekturaya təqdim edilməsi. Prefektin qəbul edilə biləcək hesab etdiyi namizədliklər sonuncuların iş sahəsinə aid olan nazirliklərə təqdim edilir.
Şərəf Legionunda üç rütbəÿ- kavaler, zabit və komandor və iki titul vardır – böyük zabit və böyük xaç. Ordenin subordinasiyasına yüksəliş heç bir halda avtomatik olaraq edilmir. Yüksək rütbəyə yeni xidmətlərlə, zabit rütbəsinə minimum səkkiz illik fəaliyyət müddətindən sonra, komandor rütbəsinə beş il, böyük zabit rütbəsinə üç il və böyük xaç rütbəsinə isə daha üç ildən sonra çatmaq olur.
Xarici vətəndaşlar Fransaya xidmətlərinə görə və ya onun müdafiə etdiyi işləri (insan hüquqlarının müdafiəsi, mətbuat azadlığı, humanitar işlər) dəstəklədiklərinə görə Şərəf Legionu ilə mükafatlandırılırlar. Diplomatik mübadilələr də, həmçinin, qarşılıqlı olaraq Şərəf Legionunun verilməsi üçün bir imkandır və beləliklə, ölkənin siyasətini dəstəkləyir: bu, Ordenin köklərinə söykənən bir təcrübədir. Xarici vətəndaşlar Şərəf Legionuna layiq görülürlər, amma Fransa vətəndaşlarından fərqli olaraq, onun üzvləri olmurlar. Şərəfə layiq olmayan hərəkətə görə isə bu fəxri ad onlardan geri alınır.