Rəfsəncani İran hakimiyyətini sərt tənqid edib

Keçmiş İran prezidenti Haşimi Əkbar Rəfsəncani ölkənin ali dini rəhbərliyini kəskin tənqid edib. O ölkə rəhbərliyini savadsız və şəristəsiz adlandırır. Bu barədə müxalifətdə olan “Jaheshnews.ir” və “ Kaleme” internet saytları xəbər verirlər. Rəfsəncani çərşənbə axşamı gələn ay keçiriləcək prezident seçkisində mübarizədən kənarlaşdırılıb. 78 yaşlı Rəfsəncani mötədil və islahatpərəst siyasətçi hesab olunur. Onun seçki qərargahı keçmiş prezidentin qərardan şikayət verməyəcəyini bildirib.