Polislər Dəyanət Babayevin üzünə durdu

Bu gün AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin növbəti məhkəmə iclası keçirilib. Məhkəmədə 4 şahid dindirilib. Əvvəlcə hüquq müdafiəçisi, bu iş üzrə həbs olunmuş  Musa Rahim, daha sonra 3 polis əməkdaşı şahid qismində dindirilib. Musa Rahim bildirib ki, Dəyanət  Babayevə qarşı irəli sürülən ittihamlar əsassızdır və həmin gün onlar tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib.  Polislər isə bildiriblər ki, Dəyanət Babayev həmin gün içkili olub, nalayiq ifadələr işlədib. Daha iki şahidin dindirilməsi üçün məhkəmə prosesi mayın 29, saat 12:00- a təyin olunub.
Xatırladaq ki, Dəyanət Babayev Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə ittiham edilir.