Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirillirdi.
APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, V. Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilib.


