Mayın 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıq aparıb. “Media forum” saytı xəbər verir ki, nazirlər “Eurovision-2013” mahnı müsabiqəsinin finalında Azərbaycanın necə səs verməsi ilə bağlı yaranmış qalmaqala da toxunublar.
Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfəri mayın 20-də başlayıb. Səfər çərçivəsində ikitərəfli münasibətlərə dair məsələlərin geniş spektrini, beynəlxalq və regional problemləri müzakirə etmək nəzərdə tutulur. Danışıqların əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması olacaq.
İki günlük səfər çərçivəsində xarici siyasət sahəsində fəaliyyətin əlaqələndirilməsi məsələlərinin müzakirə edilməsi və birgə sənədlərin imzalanması gözlənir.
ANS PRESS-in verdiyi məlumata görə isə Rusiya XİN başçısı görüşdən sonra bildirib ki, “Eurovision”da bu ölkə təmsilçisinə verilən səslərin oğurlamnası biabırçı hadisədir və cavabsız qalmayacaq.


