17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdi

“Media forum” saytı xəbər verir ki, 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev sərəncama göndərilib. Müəssisəyə Elçin Əlicanov rəis təyin olunub.

Elçin Əlicanov bu posta 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin rəis müavini vəzifəsindən gətirilib.

17 saylı Cəzaçəkmə Müəssisəsində məhbus siyasətçi Nemət Pənahlı da cəza çəkir.