İsveçrə bank sirri ilə vidalaşmağa hazırlaşır

İsveçrə bankları assosiasiyası xarici vergi xidmətləri agentləri ilə avtomatik məlumat mübadiləsi üçün qapalı hesabları açmaqla strategiyasını dəyişməyə hazırlaşır. Bu halda Avstriya və Kanar adaları Avropa ofşorları üçün sonuncu sərhəd olur, əfsanəvi İsveçrə sirrinin çətiri altında gizlənənlər isə həyacan içindədir. İsveçrə bank qalasının dağıdılması təsadüf deyil. Avropanın və ABŞ-ın büdcəsinin yarısı qədər olan vəsaitlər vətənə qayıtmır. Qərb onilliklər boyu baş verənlərə barmaqarası baxırdı, lakin indi sərvətlərin ovuna çıxıb. Söhbət bütün dünya boyu vergi cənnətlərində yerləşdirilən onlarla trillion dollardan gedir. Bu hücum Vaşinqton tərəfindən başlayıb. ABŞ UBS bankın fəaliyyəti üçün lisenziyanı geri almaq təhlükəsi altında bankın amerikalı müştərilərinin siyahısını əldə etdi. Artıq Lüksemburq da 2015-ci ildə bank fayllarını açacaq. Avstriya da bu addımı atmağa yaxındır. Gələn həftə isə Avropa Birliyi bununla bağlı qərar qəbul edə bilər.

azadlıq.info