Bu gün Bakıda dəhşətli yol qəzası baş verib. Hadisə saat 13 radələrində Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. 133 saylı sərnişin avtobusu işıqforda yolu keçən bir qadını vuraraq üstündən keçib. Şahidlərin “azadliq.info”ya bildirdiyinə görə, qəza nəticəsində qadın ayaqlarından biri dizdən aşağı nahiyədən qopub. Yaralını təcili olaraq Hospital City klinikasına aparıblar.
Fotonu hadisə yerində şahidlərdən biri çəkib.


