Mayın 20-si Gəncədə, Kəpəz Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərinin işi üzrə proses keçirilib. APA-nın məlumatına görə, hakim Yaşar Həsənov baş redaktoru Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə (külli miqdarda vergidən yayınma) təqsirli bilərək ona 3 il müddətinə azadlıq məhrumetmə cəzası çıxarıb. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, bu cəza şərti hesab olunub və onun barəsində iki il sınaq müddəti təyin edilib.
Hökmə əsasən, Şirin Cəfəridən 71 min 400 manat borc da tutulacaq.


