AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirəmliyə qarşı təxribat hazırlanır.
Bu barədə Təzəxan Mirəmli öz “Facebook” səhifəsində yazıb
“Bir saata yaxindir ki, Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəsissəsinin qarşısındayam. Amma içəri xəbər verməyimə baxmayaraq qapıya gələn yoxdur. Yəqin yeni təxribat hazırlayırlar. Bu başdan bəyan edirəm üstümdə heç bir qadağan olunmuş əşya yoxdur”
Xatırladaq ki, Təzəxan Mirələmli dəfələrlə polis zorakılığına məruz qalıb və inzibati həbslə cəzalandırılıb.
Bir müddət əvvəl isə həbsdə olan oğlu ilə görüşdə olarkən oğlu və özü polis tərəfindən döyülmüşdü.
İndiki situasiyada da Təzəxan Mirələmli yeni təxribatın hazırlandığından şübhələnir.
Çünki bunun üçün kifayət qədər əsası var.
Təzəxan Mirələmliyə qarşı təxribat
•


