Elşad Cabbarov işgəncəyə dözməyərək iynə udub, onun vəziyyəti ağırdır
Ağstafa rayonun Köçəsgər kənd sakini Elşad Cabbarova Gəncə 2 saylı İstintaq Təcridxanasında işgəncə verilib. Bu barədə “Azadlıq”a Elçin Cabbarovun qardaşı Ülvi Cabbarov məlumat verib. Onun sözlərinə görə, qardaşı Köçəsgər kəndində bir nəfərin bıçaqlanmasında təqsirləndirilərək həbs edilib.”İndi təcridxanada qardaşıma işgəncə verirlər ki, cinayətdə mənim də əlimin olduğunu desin. Qardaşımı qəddarlıqla döyüblər. O da işgəncələrə dözməyərək iynə udub. Hazırda vəziyyəti çox ağırdır. Lakin buna baxmayaraq Penitensiar Xidmətinin müalicə müəssisəsindən qardaşıma tibbi xidmət göstərilmir”.
Elşad Cabbarov qəzetimiz vasitəsilə Ədliyyə Hazirliyinə müraciət edərək bu məsələ barədə ölçü götürülməsini xahiş edib.


