KXCP-dəki fraksiyadan Gültəkin Hacıbəyliyə dəstək

KXCP-də olan Demokratik  Birlik Fraksiyasının  təsisçilərindən olan  Fikrət Cəfərli son günlər  eks-deputat Gültəkin Hacıbəyliyə qarşı başlanmış  kampaniyaya  münasibət bildirib. Avropa.info-ya  açıqlamasında  Fikrət  Cəfərli  ailə-məişət  çərçivəsində aparılan mübarizəni  ləyaqətsizlik kimi dəyərləndirib. “Sabiq millət vəkili, ölkənin tanınmış ziyalı xanımlarından olan Gültəkin Hacıbəyliyə qarşı aparılan bu çirkin və məişət səviyyəsində olan kampaniyanı görəndə bu hakimiyyətin ona müxalif mövqedə dayanan adamlara qarşı nə qədər cılız hərəkət və repressiv metodlar varsa onların hamısından istəfadə etmə qabliyyətinin olduğunu göstərdi.Bir vaxtlar hakimiyyətin beynalxaq aləmdə ən parlaq simalarından olan Gültəkin xanıma qarşı olan bu şərəfsizlik onu göstərir ki,yol üstündə olan hakimiyyət son nəfəsində belə millətinə və onun aydınlarına qarşı bütün nə ləyatətsiz hərəkətlər varsa onların hamısını etməyə hazırdır.Hesab edirəm ki,ailə-məişət məsələlərinin siyasi repressiya kimi istifadə olunması, bizim dəyərlər sisteminin məqsədli şəkildə sıradan çıxarılmasının,  gələcəkdə millət olaraq  ağrılarını çəkəcəyik.Gültəkin xanımın əvvəllər bu hakimiyyətlə işləməsi və sonradan onun apardığı səhv siyasətini qəbul etməyərək müxalifətə keçməsi rejimin ona qarışı bele şərəfsiz kompaniya aparmasına əsas verə bilməz və bu şərəfsizlik dayandırılmalıdır”.