Müxalifətə “diqqəti artıran” ABŞ-ın vergi xidməti başsız qaldı

Son zamanlar ABŞ-da Ağ Ev administrasiyasının fəaliyyəti ilə bağlı qalmaqallar artır. Qalmaqalla səbəb isə müxalifətdir. Bu günlərdə prezident Obama vergi işçilərinin müxalif yönlü təşkilatlara diqqətinin artmasına reaksiya verib. Araşdırmaların ilkin nəticəsi açıqlanandan və qurumun mühafizəkar təşkilatlara hədsiz diqqəti ortaya çıxandan sonra Obama Vergi İdarəsinin rhbəri Stiven Milleri istefaya göndərib. Öz qərarını şərh edən prezident Millerin rəhbərlik etdiyi qurumun yol verdiyi səhvlərin bağışlanmaz olduğunu deyib. Obama heç bir qurumun belə davranışına dözməyəcəyini də açıqlayıb.

azadlıq.info