Əsəd Çinə qaçacaq

Bəşər Əsəd Suriyaya hərbi müdaxilə ehtimalının artığını görüb xaricə qaçmaqla bağlı planını gerçəkləşdirmək üçün hərəkətə keçib. Həyat yoldaşını və uşaqlarını İrana qaçıran Əsəd, sən demə, ailəsinə məxsus qiymətli zinət əşyalarını və pullarını dayısı oğlu ilə Çinə göndərib.

“Haberler.com” saytının yaydığı məlumata görə, əvvəllər bir neçə dəfə Venesuela və Rusiyadan sığınacaq istəsə də, o, bir nəticə əldə edə bilməyib. Suriya prezidentinin hazırda Çinə qaçmaq barədə plan qurduğu bildirilir. Belə ki, aqibətinin Səddam və Qəddafi kimi olmasından ehtiyat edən Əsəd BMT-nin Suriyaya qarşı qərarlarını tez-tez veto edən Çindən sığınacaq istəyib və müsbət cavab alıb. Bu razılaşmanın aprelin ayında əldə olunduğu söylənilir. Təsadüfi deyil ki, Əsəd dayısı oğlu Rami Maklouf ilə bütün sərvətini Çinə göndərib.

Qeyd edək ki, Rami Maklouf Suriyanın ən nüfuzlu və zəngin şəxslərindəndir.