Azərbaycandakı repressiyalar Türkiyə televiziyasında müzakirə olunacaq

Mayın 15-də Türkiyənin “Kanal B” televiziyasında Azərbaycandakı vəziyyətə həsr olunan veriliş efirə gedəcək. Televiziyanın “Xariciyyə kliniyi” proqramının budəfəki buraxılışı Azərbaycanda insan haqlarının durumu, o cümlədən müxalif fəallara qarşı repressiyalar, qarşıdan gələn prezident seçkisi və s. məsələlərə həsr olunacaq. Verilişin qonağı Azərbaycandan yazıçı Zümrüd Yağmur və Türkiyədən keçmiş diplomat Turqut Ər olacaqlar. Proqramın aparıcısı yazar Mithat Sirməndir. Veriliş Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.