Rusiyanın xarici işlər nazirliyi Moskvadakı ABŞ səfirliyinin əməkdaşı Rayan Kristofer Foqleni arzuolunmaz şəxs elan edib. Moskva onu xüsusi xidmət idarəsinin əməkdaşını ələ almağa cəhddə günahlandırır. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onu çərşənbə axşamına keçən gecə saxlayıb və sorğu-sualdan sonra o Rusiyadakı ABŞ səfirliyinin rəsmi nümayəndəsinə təhvil verilib. Moskvadakı ABŞ səfiri Maykl Makfol aydınlıq üçün nazirliyə çağrılıb.
Rusiya ABŞ diplomatını arzuolunmaz şəxs elan edib
•


