Bakıda qarğalar insanlara hücum edib: yaralılar var

Sabunçu rayonunda qarğalar insanlara hücum edib. Rayonun Bakıxanov qəsəbəsi Mehdi Ələkbərov küçəsi 34 ünvanında yaşayan sakinlərin Aznews.az-a verdiyi məlumata görə, bu hücum nəticəsində 5 nəfər başından yaralanıb. Sakinlərin sözlərinə görə, qarğaların qəzəbinə səbəb onlardan birinin öldürülməsidir.