Bakının Nərimanov rayonunda dəhşətli hadisə olub.
Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, dünən saat 20 radələrində dəmir yolu stansiyasının Keşlə-Bakı mənzilinin 2656-cı kilometrliyində Bakı-Gəncə ekspress qatarı 2 yaşlı Yasrundə Məmmədovanın üstündən keçib.
Həmin qatarda sərnişin olan azyaşlı yerindəcə keçinib.
Faktla bağlı Cinayət Məəcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatında hərəkətin təhlükəsizliyini pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


