İranlı yazar Xalidə Xalidə görə həbs edilib

Iranda tanınmış azərbaycanlı fəal, yazar və şairin həbsinin səbəbləri məlum olub. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Ilqar Müəzzinzadənin tutulması AMEA Ədəbiyyat Institutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin həbsi ilə bağlıdır.  Xəbərdə həbsin detalları barədə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, I.Müəzzinzadə mayın 8-də Meşkinşəhr (Xiyav) şəhərində həbs edilib. Iran Informasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları onun yaşadığı ata evinə hücum edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil olmasına etiraz edib.
Bu səbəbdən məmurlar tərəfindən döyülən E.Müəzzinzadə də həbs olunub. Daha sonra ETTELAAT əməkdaşları evdə axtarış aparıb, azərbaycanlı yazara məxsus kompüteri, kitabları və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. Mayın 9-da isə E.Müəzzinzadə azadlığa buraxılıb.